Avropa çempionatı: Yunan-Roma güləşçimiz finalda

21:08 14.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Hafta.az xəbər verir ki, 82 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda belaruslu İllia Valeuskiyə qalib gəlib.

O, bununla da adını finala yazdırıb.

U-23 Avropa çempionatı martın 15-də başa çatacaq.